Meksikada qəza: 50 avtomobil toqquşdu – VİDEO

Meksikada avtomagistralda 50-yə yaxın nəqliyyat vasitəsi toqquşub.


Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Saltilyo-Monterrey yolunda baş verən qəzada azı 15 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın baş verdiyi yol bağlanıb.

Hadisəyə səbəb kimi yolun sürüşkən olması və qatı duman göstərilir.