ETSN-dən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.




