Qarabağ qazilərindən ibarət futbol komandası Gürcüstanın eyniadlı komandası ilə görüşəcək.

Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təşəbbüsü ilə Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Qarabağ qazilərindən ibarət futbol komandası Gürcüstanın eyniadlı komandası ilə qardaşlıq görüşü keçirəcək.

Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyev Asiya.info-ya bildirib ki, tədbir 10 may 2018-ci il saat 15-00-da Abşeron Olimpiya Kompleksində baş tutacaq. Görüş Azərbaycanın və Gürcüstanın tanınmış müğənnilərindən ibarət Xeyriyyə konsert proqramı ilə davam etdiriləcək.
Vüsalə Qələndərli