Bakunews.az xəbər verir ki, ötən günlərdə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində vətəndaş ağır xəsarət alıb. Beləki, Məktəbədə bəzi təmir məsələrinin həlli üçün rəhbər əvəzi Həqiqət Abdullayeva Sumqayıt şəhər sakini Rafiq Hüseynovla əmək müqaviləsi bağlamadan şifahi razılığa gəlmiş daha sonra təmir etməsi tapşırığını vermişdir. Tapşırığı icra etmək istəyən R.Hüseynov bədbəxt hadisənin qurbanına çevrilib. Hadisənin baş verməsindən sonra məktəb rəhbəri hadisə yerinə yaxınlaşaraq Rafiq Hüseynovun məktəbdə işləyən qardaşına hirslənərək nalayiq ifadələr işlədərək zibilinizi öz qapınıza aparın təcili yardım ordan gəlib aparsın - deyə ifadələr işlətdiyini iddia edir.
Məsələnin Məktəbin sinif otaqlarının dəmir reşotkalarla təmin edilməsi sifarişçisi olan Həqiqət Abdullayevanın xəsarət almış R.Hüseynova yardım çağırmaq əvəzinə onu məktəb binasından uzağa çıxarılma göstərişini verməsi heç bir insanlığa sığmayan və hadisənin ört-basdır edilərək məhsul şəxsin məsələdə yan qaçmasını təmin etmək maraqlarına xidməti aşikardır. H.Abdullayevanın hadisədən sonra prokurorluğa çağrılaraq izahatının alınmasıda məlum mənbə tərəfindən redaksiyamıza bildirilməsinə baxmayaraq bu günə qaədər hər hansı tədbir görülmədiyi R.Hüseynov tərəfindəndə qeyd edilməkdədir.
Məlumatı ictimailəşməsinin əsas mənbə Bakunews.az olduğundan hadisədə xəsarət alan R.Hüseynovun video görüntüləridə məhs tərəfimizdən yayılması məqsədə uyğunluq daşımaqdadır. Bütün bunları nəzərə alaraq həmin müsahibəni sizə təqdim edirik. Həmçinin qeyd edək ki, bir müddətdir rüşvət qalmaqalında adı hallanan 9 saylı məktəbin direktor əvəzi H.Abdullayeva keçmiş işçisinin ona şər-böhtan atdığını iddia edərək məhkəmə orqanına müraciət etmişdi. Məhkəmədə subut istəyən H. Abdullayevin qarşısına subutlar təqdim edildikdən sonra məhkəmə onun əleyhinə qərar qəbul edib.
Yazıda adı qeyd edilən şəxs və qurunkarın dərc etməyə hazırıq.