Azərbaycan XİN başçısı noyabrın 16-da həmsədrlərlə görüşəcək

Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm".

AzBaku.info APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş Moskvada olacaq: "Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Amma hələlik dəqiq odur ki, men həmsədrlərlə Moskvada görüşəcəyəm".