Gəncədə avtomobil aşıb, ölənlər var

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.AzBaku.info APA-ya istinadən xəbər verir ki,, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. “VAZ” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.