Azərbaycanda qeyri-adi hadisə: Göydən qurbağalar yağdı - VİDEO

Ekoloqlar göydən yerə qurbağa yağmasının mümkün olduğunu deyirlər

Göydən yerə yağışla bərabər qurbağa tökülüb. Goranboy rayonun sakinin iddialarına görə, sonuncu dəfə rayona yağan yağışla bərabər göydən xırda qurbağalar da tökülüb. Videoda yerdə həiqqətən xeyli sayda qurbağa görmək mümkündür. Ekoloqlar isə videogörüntüdə olduğu kimi göydən yerə qurbağa yağmasının mümkün olduğunu deyirlər. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, elə hadisələr ölkəmizin iqliminə uyğun olmadığı üçün bu ilkdir.

Ekoloqların sözlərinə görə, qeyri-adi təbiət hadisələrin əsas səbəblərindən biri də təbiətə olan yad təsirlərdir.