Ərdoğan: BMT-nin kitabı bağlanıb

İsrailin Qüds şəhərini qəsb etməsinə imkan verməyəcəyik.
AzBaku.info “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan iftar süfrəsində çıxışı zamanı bildirib.

“Fələstinlilər yenidən repressiyalara məruz qalır. Biz öz fələstinli qardaşlarımıza əlimizdən gələn yardımı əsirgəməyəcəyik.

İsrailin Qüdsü qəsb etməsinə imkan verməyəcəyik. İsrailin əməllərinə biganə qalsaq, dünya quldurların hökmranlıq etdiyi xaosa qurşanacaq”, -deyə Ərdoğan bildirib.

Ərdoğan eyni zamanda BMT-nin Qəzzadakı hadisələrə görə fəaliyyətsizliyindən şikayətlənib.

“BMT artıq öz potensialını tükədib. Bu təşkilat bitib, süquta uğrayıb. BMT baş katibi ilə əlaqə yarada bilmirəm”, - deyə Ərdoğan vurğulayıb.