YUNESKO: Son 11 ildə dünyada 900-dən çox jurnalist qətlə yetirilib

Son 11 ildə dünyada 900-dən çox jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. AzBaku.info APA-yə istinadən verdiyi xəbərə görə, bu barədə YUNESKO-nun məlumatında bildirilir.

“Son 11 ildə dünyada 930-dək jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Orta hesabla, hər dörd gündən bir jurnalist ölür”, deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunur ki, hər 10 jurnalist qətlindən 9-u cəzasız qalır.

Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə hər il noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur.