Masallıda 48 yaşlı kişi özünü öldürüb

Masallıda intihar olub.

AzBaku.info-nun APA-ya istinadən alınan məlumata görə, hadisə rayonun Digah kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü İntiqam Ərşad oğlu Fətullayev sirkə turşusu içərək özünə qəsd edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.