“Sözarası teztez də “Fatma” nə olub, “Fatmanisə” hara gedib deyə, birbirinə nəsə də deyirdilər”
Ağsu rayon mərkəzində yerləşən və bərbad durumda olması ilə hər kəsin nəzər-diqqətini cəlb edən Mədəniyyət və İstirahət parkının real mənzərəsini görən hər kəs, sanki vəlvələyə deyil, birbaşa zəlzələyə düşür desək, heç də yanılmarıq. Çünki, adı çəkilən bu park olduqca pis vəziyyətdədir. Parkdakı acınacaqlı durumla bağlı məlumat əldə etdikdən sonra qərara gəldik ki, ümumi mənzərəni öz gözlərimizlə görək. Bəli, bu belə də oldu və qeyd olunan parkda olduq.
Ənvər Seyidəliyev mədəniyyət və istirahət parkını bərbad vəziyyətə saldırıb- İYRƏNC MƏNZƏRƏ və FOTOLAR
O zaman o halın şahidi olduq ki, ƏƏSMN vəzifəsini daşımış Səlim Müslümovun dopdoğmaca dayısı olan Ənvər Seyidəliyevin icra başçısı olduğu bu rayonda vəziyyət heç də ürəkaçan deyil. Yəni, o halın da şahidi olduq ki, bu gün icra başçısının səriştəsiz və yarıtmaz idarəçiliyi səbəbindən, şəhər icra nümayəndəliyi ilə bərabər, şəhər bələdiyyəsinin rəhbərliyi də Mədəniyyət və İstirahət parkını qaydaya salmaq haqda düşündürmürlər. Bir anlığa diqqət yetirək ki, adı çəkilən parkda yaşıl otları xüsusi ot biçən maşınla deyil, dəryazla biçirlər. Bu cür halın varlığı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
Onu da qeyd edək ki, adı çəkilən bu parkda qadınlara məxsus ayaqyolu ilə, kişilərə məxsus ayaqyolunun ara hissəsi açıq vəziyyətdədir. Hələ, hər iki ayaqyolunun iç hissəsindəki acınacaqlı vəziyyətin varlığını demirik. Onu da unutmaq olmaz ki, həmin parkın bir tərəfində ulu öndər Heydər Əliyevin “HƏR BİR XALQIN MƏDƏNİYYƏTİ ONU YÜKSƏLDİR” kəlamı yazılmış plakatı, digər tərəfdə isə, kişi və qadınlara məxsus ayaqyolu var.
Parkdakı səkilərin, yay fəsli üçün nəzərdə tutulan kiçik istirahət yerlərindəki oturacaqların sınıq-salxaq vəziyyətdə olması, yaşıl ağacların həndəvərinin zirdzibilliklərlə əhatə olunması və s. onu göstərir ki, Ənvər Seyidəliyevi şəhərdaxili ərazilərin problemləri deyil, yalnız şəxsi məsələlri düşündürür. Hansı məsələlər düşündürür, yəqin ki, o haqda, o cümlədən “F” məsələsi ilə bağlı məlumatı olan hər kəs, hər şeyi yaxşı bilir. Həmin vaxt parkdakı sakinlərdən belə bir məlumat da əldə edə bildik ki, təribən 3-4 ildir ki, Mədəniyyət və İstirahət parkında heç bir təmir-bərpa işləri aparılmır. Yəni, baxımsızlıq ucbatından vəziyyət belə bir duruma düşür.
Elə ki, belə bir problemlərlə bağlı Ənvər Seyidəliyevlə görüşmək və məsələlərə münasibətini öyrənə istədik, o halda icra hakimiyyətindən “İcra başçısı pambıq sahələri və işlərin gedişi ilə tanış olmaq məqsədilə sahələrə gedib” deyə cavab verdilər. Amma, bir qədər həyət-bacada gəzib dolaşarkən o halın da şahidi olduq ki, tanımadığımız bir şəxs həyətdən üçüncü mərtəbənin açıq pəncərəsindən baxan Ənvər Seyidəliyevlə nə isə danışır. Sözarası teztez də “Fatma” nə olub, “Fatmanisə” hara gedib deyə, birbirinə nəsə də deyirdilər. Yəni, bir qədər aralı məsafədə olduğumuzdan hər iki şəxsin danışığının məğzini tam anlaya bilmədik. Anladığımız hal o oldu ki, icra aparatında çalışanlar Ənvər Seyidəliyevin taşırığı əsasında bizi aldada bildilər. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bu şəxsin təmsil olunduğu siyasi partiyaya və bugünkü hakimiyyətə olan “sevgisi”, elə bunlardan ibarət imiş.
Onu da bildirək ki, bu cür aldatmalarla və atılan digər addımlarla bağlı tarixin süzgəcindən süzülüb bugünümüzə gəlib çıxan çoxsaylı atalar sözlərimiz, bir çox zərb-məsələlərimiz olub. Yəni, vurğulanıb ki, “nələr, nələr heç qırx gün də çəkməyib”. Amma, buna baxmayaraq Ağsu RİH-də çalışanların bizi aldatmasında qırx gün deyil, heç qırx dəqiqə də keçmədi. Deməli, ...
P.S. Yaxın günlərdə rayonun Yaşıllaşdırma İdarəsində yaşanan çoxsaylı qanunsuzluqların varlığından bəhs edəcəyik.