
"Kids Studio"-nın inkar etdiyi kadrı olduğu kimi təqdim edirik özünüz qərar verin bu düzməcədir yoxsa orjinal görüntüdür:
Xatırladaq ki, "Kids Studio"anın açıqlamasında deyilir: "Kids Studio" uşaqlara işgəncə verilməsi faktlarının əks olunduğu video barədə məlumat verib. "Kids Studio"dan Oxu.Az-a bildirilib ki, müəllim uşağa işgəncə verməyib: "Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb".
Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb: "Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib".


