Kür çayında batan şəxsin meyiti tapılıb.
AzBaku.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1976-cı il təvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun axtarışları başa çatıb.
A.Hüseynovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.