Qeyri-standart düşüncəsi olan bəzi insanların nələrə qadir olduğunu görəndə hər dəfə heyrətə gəlirsən.
AzBaku.info xəbər verir ki, bu yazının qəhrəmanı Amerikanın şimal hissəsində, Nyu-Meksiko ştatında yaşayan heykəltəraş Ra Polletdir. Külüng və bellə silahlanaraq bu qəribə adam yumşaq mağaranı dağ süxuruna çevirib.
Amma tərki-dünya olan sənətkar bununla kifayətlənməyib. Qeyri-adi nəsə yaratmaq istəyən Ra Pollet öz əziyyətli əməyini davam etdirib. 25 il ərzində o, öz mağarasında gecə-gündüz çalışıb, o, günbəgün səylə divarların səthini lazımi vəziyyətə salmaq hər kvadrat metrini parıldadıb.
Görün, kreativ insan öz ideyalarını həyata keçirməyə doğru nə qədər yaxınlaşıb! İndi Misir freskalarının analoqları bu orijinal evin "dəhlizində" ziyarətçiləri qarşılayır. Yataq otağı isə antik üslubda divar heykəllərlə bəzədilib. Yüz faiz əminliklə demək olar ki, sənətkarın müqəddəs əlləri həqiqətən nadir şah əsəri yaradıb. (publika.az)