Müdafiə Sənayesi Nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinə təyin olunan yeni baş direktor Çingiz Əliyev işçilərə “gün verir, işıq vermir”.
FİA.Az feysbukda yazılanlara istinadla xəbər verir ki, müəssisənin zavodlarında ardıcıl partlayışlardan sonra baş direktor Ramiz Məmmədov tutduğu vəzifədən azad edildi.
Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunduqdan sonra əməkdaşlarının qara günləri başladı.
Sosial şəbəkələrdə yazırlar ki, Ç.Əliyev işçiləri əsassız yerə ixtisar edir, onlarla kobud, qaba davranır, incidir, istismar edir.
Hətta bu günlərdə müəssisənin hicablı əməkdaşından işə gələrkən başını aşmağı tələb etdiyi iddia olunur. Bu tələbə boyun əyməyən işçi vəzifəsindən azad edilib.
Baş direktorun bu qanunsuz hərəkətinə etiraz olaraq nazirliyə şikayət edən həmin işçi vəzifəsinə bərpa olunub. Ancaq tək bu fakt deyil, onlarla belə işçinin sıxışdırılığı deyilir.
Deyilənə görə, Ç.Əliyevin işçiləri şərləmə əməliyyatına kənardan özü ilə gətirdiyi iki nəfər də icraçılıq edirlər. Onlar “Üfiq”də meydan sulayırlar və fəhlələri təyinatı olmayan üzrə istismar edirlər.
Bu da müəssisədə kütləvi narazılığa səbəb olub. Onlar nazirliyə müraciət etməyə hazırlaşır.
Nazirlikdən açıqlamağa almağa çalışırıq.