İsti havada istirahətin ünvanı bəllidir. Ya rayonlara üz tutulur, ya da ki Xəzərin sahilinə.
Dəniz qırağına da üz tutdun, gərək ehtiyatı əldən verməyəsən. Ehtiyatı əldən verdin, gözəlliyi qədər də qəddar olan Xəzərdə boğulacaqsan.
Ehtiyat igidin yaraşığıdır deyib, küləkli havada dənizə yox deyənlər kifayət qədərdir. Heç bir dalğaya baxmayıb, isti havada sərinləməyə gələnlər də az deyil.
Baku.TV-nin küləkli havada dənizə üz tutanlarla bağlı hazırladığı reportajı təqdim edirik: