Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.
AzBaku.info Ölkə.Az-a istinadən xəbər verir ki, VII sinif şagirdləri arasında baş verən davada iki şagird – Neyman Mehman oğlu Fərzəliyev və Ələkbər Məhəmmədov xəsarət alıblar.
N.Fərzəliyevi sinif yoldaşlarının köməyi nəticəsində ayıltmaq mümkün olsa da, Ə.Məhəmmədov üçün təcili tibbi yardım çağırılıb. Ancaq təcili tibbi yardımın müdaxiləsi Ə.Məhəmmədovun özünə gəlməsinə kifayət etmədiyindən, o, xəstəxanaya aparılıb. Hadisə baş verən zaman məktəbin direktoru Esmira Ağayeva işdə olmayıb.