Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli “MTV Azerbaijan”a rəhbər təyin olunub.
Kanalın formatını dəyişən, yerli kliplərə daha çox yer verən Rəhimli iki həmkarına qadağa qoyub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxslər müğənnilər Niyam Salami və Kərim Abasovdur.
Kanal rəhbəri tərəfindən “MTV Azerbaijan”da onların kliplərinin yayımlanmasına qadağa qoyulub.
Qeyd edək ki, bir zamanlar yaxın dost olan həmkarlar uzun müddətdir ki, küsülüdür.