Bu gün ölkədə Hacı Mazan ləqəbi insanlarda vahimə yaratmaqdadır. Əslində isə bu bir ləqəbdir bunun nə hacılıqla nədə mazanlıqla əlaqəsi belə yoxdur. Keçmişdən bu günümüzə gəlib çıxan ayama və mədəni dildə desək ləqəblər yaşayır və yaşamaqdada davam etməkdədir. Bu şəxsin ləqəbi və adı altında yaranan qalmaqalı medianın gündəmin zəbt etməsi ilə yanaşı şok detallarında açılmasına səbəb olub. Hacı Mazan əslində isə Ramazan Mirzəyevdir. Bu Ramazan o Ramazan deyil. Düzdür iş adamı sırasında iki Ramazan var. Biri Tenderlər Kralı kimi ad san çıxarmış R.Mirzəyevdir. Digəri isə İllərdir Masallıda hər yolla desək yanılmayacağımız biznes imperyası quran R.Zeynalovdur. Zeynalovun əslində Mirzəyevlə uzun tarixə dayanan dostluq münasibətləri mövcudur ki bu münasibətində pozulmasına elə biznes maniə olub.Hacı Mazan adının gəldiyi yerdə demək olarkı cənub zonasında axan sular donmaq məcburiyyətində qalır desək yanılmarıq.Çünki bu şəxs QMİ-dən tutmuş DİN daxil olmaqla hər sahədə özünün müdafiə edilməsi üçün qohumlarını yerləşdirib. Buna misal Olaraq Elxan Zeynalov, Bayram Zeynalov kimilərini misal gətirmək yerinə düşərdi. Ehtimallar və reallıqlar bu adın həm trurizim sahəsində vurduğu zərərin miqyasının hesabsız olduğu qeyd edilməsinə şərait yaratmaqdadır həm də DYP sahəsində milyonların mənimsəməsində. Turizmin cənubda inkişaf etməməsinə misal olaraq paytaxtda otel qiymətləri ilə müqayisə zamanı Masallının Villəş adlı otelində od tutub yanan qiymət truzimin inkişafına böyük zərbə vurmasını mütləq qeyd edilməlidir. Belə ki, Villəşdə bir gecənin yalnız yatmaq üçün qiymətin 80-100 manat arası olduğu amma paytaxtda bunun 50 manat civarında hesablandığı reallıqdır. Yalnız Villəş otelin bu cür yüksək qiymətlər tətbiq etməsi bölgəyə səyahət etməyə imkanları məhdudlaşdırır ki buna görədə əhali Gürcüstan Türkiyə və digər ölkələrə səyahət etməyə daha çox üstünlük verir. Beləki "QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov həm də ölkədə bəzi məsələlərdə monopolist kimidə ad çıxarıb”. Buna misal olaraq 44-//-444 dövlət qeydiyyat nişanının onun ailə üzvlərindən başqa heç bir kəsə verilməməsi göstərilməkdədir. Bu hələ Ramazan Zeynalovun qardaşı Elxan Zeynalovun Lənkəran Merosunda rəhbərlik dövründən təməli qoyulub. E.Zeynalovun rəbərliyi dövründə onun sağəli olan Əli adlı mero əməkdaşı tərəfindən bütün ailə üzvlərinin maraqlarını qorumaqla görəvləndirilib. O gün bu gün Əli adlı mero əməkdaşı Zeynalovların ailə standartlarını yeni mero rəhbəri olmasına baxmayaraq qorumaqdadır. Cənub bölgəsinə yeni mero rəhbəri təyin edilməsinə baxmayaraq avtomobillərə məxsus olan 44-//-444 dövlət qeydiyyat nişanlarının Zeynalov soyadını daşımayan şəxslərə verilməməsi adət halını alıb. Bu nömrələrə sahib olmaq üçün ya Zeynalovlarla yaxın qohum olmalı və ya mütləq Zeynalov olmaq lazımdır. R.Zeynalovun manopoliyasına daxil edilən avtomobil nömrələrəsi hətta bu gün onun Villəş otelinin kuryerlik məqsədi ilə istifadə edilən avtomobillərində belə müşahidə etmək mümkündür. Paytaxtda hələ də satışa verilməmiş TT, XX, ZZ, YY, seriyaları olduğu halda Regionlarda bu serialarla 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələri artıq yüksək qiymətə ən azı bir mənzil qiymətinə satılır desək yanılmarıq. Çünki bu reallıq cəmiyyətin gözü qarşısındadır. Ramiz Zeynalovun belə bu sahədə çarəsizliyi hamı tərəfində müşahidə edilməkdədir. Elxan Zeynalovun meroda olduğu dövrdə Zeynalovlar ailəsinin heç bir avtomobili belə texniki baxışdan keçmədən “bilka”larının verilməsi təmin edilib. Bu azmış kimi sürdükləri moteksikletlərinə belə 444 nömrələrini manopoliya edildiyi qeyd edilməkdədir. Mübariz Şahbazovun Zeynalovların Merolardakı hakimiyyətinə söz deyə bilməməsi Ramazan Zeynalovdan qaynaqlanmaqdadır. Şeyxin yanında QMİ-də Nəqliyyat Departamentinin rəhbəri kimi fəaliyyəti qeyd edilən R.Zeynalov əslində zəvarların gediş-gəlişi zamanı xaricdən qızıl gətirilməsi biznesini quraraq milyonları əldə etdiyi haqqda ehtimallarda qeyd edilməkdədir. Hətta qızılın Azərbaycana gətirilməsi prosseslərində aldandığın düşünən R.Zeynalovun qızılların qoyulduğu yük yerində səyahət etdiyidə qeyd edilməkdə idi. Bunların isə nə qədər həqiqəti əks etdirdiyini yaxınları tam dəqiq bilər. Bu gün isə Binəqədir rayonu və Abşeron rayon ərailərində Plovoktoriya Mebel sexləri restoranlar sahibinə çevrilən Ramazan Zeynalov sahibkarı olduğu MTK-da belə satıqı evləri yenidən öz mülkiyyətinə keçməsi üçün saxta sənədlər imzalanmasını təmin edən müqavilələr təqdim edildiyidə blogger tərəfindən iddia edilirdi. Hal-hazırda qardaşı Elxan Zeynalovun Lənkəran merosundan çıxarılmasından sonra Şirvan merosuna təyinatını təmin edərək burada olan hakimiyyətlərini itirməkdən yan keçə bilmişdir. Hazırda R.Zeynalovun oğlu Bayram Zeynalovunda Sumqayıt DYP-nə riəs təyin edilməsi ilə yanaşı bacısı Qardaşı Əli Zeynalovun DYP-nin ekologiya postunda inspektor vəzifəsində olması nələrdən xəbər verməkdədir? Bunun bir anlamı var Sumqayıtdan Binəqədiyə qədər olan məsafədə hərəkət tam nəzarətdə olması təmin edilmiş sayılmaqdadır. O zaman bu bölgədə Zeynalovlara nəyin ki gözün üstə qaşın var deyilə bilməz hətta onlara məxsus avtomobillər nə daşımasından asılı olmayaraq saxlanıla bilməz.
Həmçinin qeyd edək ki, "Editor.az saytının yaydığı məlumata görə, Masallıdakı “Viləş” otelinin sahibi olan Hacı Mazan tanınmış qonaqlarının avtomobilini saxladığı üçün YPX əməkdaşını təhqir edib, döymək üçün onun üzərinə hücum çəkib. Hadisənin təfsilatları haqda qeyd edilir ki, adıçəkilən oteldə təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol-patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən dayanmaq əmri verilib. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib. Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağırılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran Hacı Mazana zəng edib. Hacı Mazan hadisə yerinə gələrək, onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol-patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. "
Məsələ ilə bağlı araşdırmamız davam edəcək
Yazıda adları qeyd edilən şəxslərin mövqeyin dərc etməyə hazırıq.
Bakunews.az