Qan dövranını sürətləndirən qidalar

Xiyar: Antiinflamatuar təsirə sahib, C vitamini baxımından zəngin olan xiyar toksinlərin bədəndən atılmasına köməkçi olur. Ehtiva etdiyi su və lif ilə qan dövranını artırır.

Qırmızı bibər: Yaxşı bir C vitamini qaynağı olan qırmızı bibər, gündəlik C vitamini ehtiyacınızı qarşılayar. AzBaku.info deyerler.org-a istinadən bildirir ki, antioksidant təsirə malikdir və bədənin su ehtiyacını da dəstəkləyir. Beləcə qan dövranını sürətləndirir.
Qoz: Qan dövranı üçün ən lazımlı qidalardan biri qozdur. O, daşıdığı xüsusi antioksidantlar və omeqa 3 sayəsində qan axınını sürәtlәndirir.

Yulaf: Bədəndəki xolesterol səviyyəsini azaldan yulaf, eyni zamanda antiinflamatuar təsirə malikdir. Qan dövranınızın sürətləndirmək üçün səhərlər bir kasa yulaf yeyin.
Sitrus meyvələri: Limon, portağal, naringi, qreypfrut. Hər biri antiinflamatuar təsirə malikdir. Bədəni təmizləyən sitrus bitkiləri, toksinlərin atılmasına köməkçi olaraq qan dövranını sürətləndirir.