Fotoları paylaşmamışdan öncə incələdik və həqiqətəndə Erməni bayrağının dalğalanan Azərbaycanın işğal altında olan qədim torpağı Qarabağ ərazidə yerləşən "Base Metals" şirkətin anbarından çıxarkən fotosu çəkilən yük avtomobilinin üzərindəki nömrədə məhz Türkiyə hökümətinə məxsusdur.
Türkiyənin Azərbaycandakı səlahiyyətli və fövqalədə səfirinə sual edirik bu fotoda olan avtomobiliniz hansı məqsədlə işğal altında olan torpaqlara səfər edib? Hansı şirkətin ermənillərlə ticarət əlaqəsi mövcudur? Sərhədləriniz bağlı olduğu halda bu avtomobil necə ermənilərin olduğu Azərbaycan ərazilərdə rahat hərəkət edə bilir?
Bu sualımıza cavab verməyiniz mütləqdir ki, verəcəksinizdə. Azərbaycanın erməni işğalında olan torpaqlarında məhz onlarla iş birliyində olanlardan birinin İran İslam dövlətinin olduğunu bilirik. Bilməyimizdə bizimdə onlara qarşı mövqeyimizi ortaya qoymaqdadır. İran Ermənistan arasında hətta sərhəd belə yoxdur açıq şəkildə də erməniyə dost əlini bizə isə düşmən münasibətlərinidə nümayiş etdirməkdədirlər. Qardaş dediyimiz Türkiyə bəs siz "Bir Millət, İki Dövlət" deyə bağırdığınız o sözlər nərdə kaldı?
Həmin ermənilər tərəfindən sosial səhifəmizin inbox adresinə göndərilmiş FOTOLARI olduğu kimi sizlərə təqdim edirik:



