Nazarbayev iş adamlarından tələb etdi - Hərəniz bir obyekt tikin"

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iş adamlarına ölkənin Türküstan şəhərinin abadlaşdırılması tapşırığını verib.

Modern.az Qazaxıstan KİV-n istinadən xəbər verir ki, bu məqsədlə Nazarbayev müxtəlif iş adamlarına konkret obyektlərin tikintisini tapşırıb.

Beləliklə, şəhərdə mədəniyyət, tarix və incəsənət sahəsinə aid bir neçə kompleksin hər birinin tikilişi konkret bir iş adamına həvalə edilib.

Şəhərin teatr binasının tikilişi iş adamı Aleksandr Beloviçə, Türk Xalqları Muzeyinin tikilişi milyarder Patox Şodiyevə, beynəlxalq standartlara cavab verən stadionun tikilişi Sauat Mınbayevə, Qazax xan, bəy və batırları mərkəzinin tikilişini iş adamı Aydın Rəhimbəyova tapşırıb.

Nazarbayev daha bir neçə şirkətlərə də ölkənin inkişafına qatqı verməkləri üçün bəzi komplekslərin tikilişi tapşırığını verib.