Cənubi Koreyada qasırğa: 270-dən çox aviareys təxirə salınıb

Cənubi Koreyada şənbə gününə planlaşdırılmış 270-dən çox aviareys təxirə salınıb.

Azbaku.info Trend-ə istinadən bildirir ki, buna səbəb "Konq-rey" qasırğası olub. Qeyd olunur ki, ümumilikdə 276 aviareys təxirə salınıb, onlardan 123-ü Çedju beynəlxal hava limanından planlaşdırılan üçuşlardır.

Tayfunla əlaqədar Yaponiya və Çinə olan reyslər təxirə salınır. Gözlənilir ki, Çedju gün ərzində fəaliyyətini bərpa edəcək.