Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: "Eks-nazir həbs olunur", "eks-başçının sonu yaxınlaşdı", "sabiq başçının villaları üzə çıxdı" və s.
Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən...
Azbaku.org modern.az-a istinadən xəbər verir ki, ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi...
Maraqlıdır ki, əksər kreslo ilə vidalaşanlardan fərqli olaraq, V.Abdullayev mətbuatdan qaçmır. Hətta bu günlərdə "Facebook" sosial şəbəsində profil açaraq, "mən də sizlərdən biriyəm" mesajını verdi. Sabiq başçının postu ilə vidalaşdıqdan dərhal sonra sosial şəbəkələrdə görünməsi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və əksəriyyətin qınağına tuş gəldi.
"Bu dünyada heç nə əbədi deyil"
Ötən günlərdə ad gününü qeyd edən sabiq başçının təəssüratlarını öyrənmək, həm də bu və digər məsələlərə aydınlıq gətirməsi üçün onunla əlaqə saxladıq.
V.Abdullayev əvvəlcə əksəriyyət tərəfindən "özünü reklam edir" deyəcəklər düşüncəsindən dolayı danışmaq istəməsə də, onu yola gətirə bildik. Hazırda Bakıda yaşayan sabiq başçı dünyadakı heç bir şeyin, o cümlədən vəzifənin daimi olmadığını bildirir:
"İstər siz olun, istər biz olaq, nədənsə vəzifə deyəndə hamı nazir, başçı və s. düşünür. Amma nəzərə alaq ki, hamı kimliyindən asılı olmayaraq bir vətəndaşlıq vəzifəsi daşıyır".
Sabiq başçı hələlik dincəldiyini diqqətə çatdırdı: "Bundan sonra elmi işlərimlə məşğul olacam".
Müsahibimizə vəzifədən gedənlərin böyük əksəriyyətinin elmi işlə məşğul olmağa başlaması ənənəsini xatırlatdıqda və bunun səbəbini soruşduqda, cavabı belə oldu:
"Digərləri özü bilər. Amma mən elmlər doktoru, professoram, kitablarım, məqalələrim başçı olana kimi var idi. Bundan sonra da olacaq".
"Elə bilirlər, başçısansa..."
V.Abdullayev sosial şəbəkə istifadəçisi olmasını müasir dövrün tələblərilə bağlayır: