Ermənistan parlamenti Paşinyana yenə "Yox" dedi

Ermənistan parlamenti növbəti dəfə Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini qəbul etməyib.

Publika.az xəbər verir ki, səsvermə zamanı 62 nəfər qanun layihəsinin lehinə, 2 nəfər əleyhinə səs verib. Layihənin qəbul edilməsi üçün 63 səs lazımdır.

Parlamentdə çoxluq təşkil edən Respublika Partiyası səsverməni boykot edib. Oktyabrın 22-də keçirilən səsvermə də Respublika Partiyası eyni addımı atmışdı.

Qanun layihəsində səsvermədə səs baryerinin azaldılması, rayon siyahısının azaldılması kimi dəyişikliklər nəzərdə tutulmuşdu. Paşinyan növbəti parlament seçkilərinin keçirilməsi üçün bu dəyişikliyi önəmli hesab edir.