Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür.
azbaku.org xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb.
“İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.
Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.
Oxu.Az