18 yaşlı gənc oğlan atası ilə sevgili olan 3 uşaq anasını bıçaqlayaraq öldürüb.
GoldNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atası 3 uşaq anası olan qızı Həvva Çayın evinə gedib. Qızının qapını açmadığını görən ata özündəki açarla mənzilə daxil olur. Bu zaman kişi qızını qanlar içərisində yerdə yatdığını görüb.
Evə gələn təcili tibbi yardımın həkimləri qadının öldüyünü bildirib.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.
Saxlanılan H.G qadının atası K.G ilə gizli münasibətinin olduğunu, buna görə hər gün evdə mübahisə düşdüyünü bildirib.