İcra başçısı təyin edilən Tahir Məmmədov kimdir? - DOSYE

Bu gün president İlham Əliyevin imzaladığı sərəncamla Məmmədov Tahir Nadir oğlu Şamaxı rayonunun icra başçısı təyin edilib.
Publika.az xəbər verir ki, T.Məmmədovun son iş yeri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. O, nazir Ramin Quluzadənin müşaviri olub. Daha əvvəl isə T.Məmmədov həmin nazirliyin aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, Həmçinin Heydər Əliyev Fondunda şöbə müdiri, “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, İctimai Televiziyada departament direktoru və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
T.Məmmədov YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədri vəzifəsini də tutub.