“Ermənilər əsir-girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan, dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər”.
azbaku.org Report-a istinadən verdiyi məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının üzvü, hərbi prokuror Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, həm Ermənistan silahlı qüvvələri, həm Dağlıq Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar istintaq əməliyyat qrupu tərəfindən cinayət işi üzrə aparılan istintaq nəticəsində aşkar olunub ki, erməni millətçiləri trəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda öz torpaqlarında yaşayan minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə qəddarlıqla döyülüb işgəncə verilməklə qəddarlıqla qətlə yetirilib, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnib, evləri talan olunub, yüzlərlə yaşayış məntəqəsi boşaldılıb, milli memarlıq memarlıq inciləri dağıdılıb, yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və əraf raynlarda, habelə Erməistanla həmsərhəd olan bölgələrdə qulluq vəzifələrini yerinə yetirən Azərbaycan Silahl Qüvvələrinin hərbi qulluqçular və mülki əhali əsir və girov götürülərək amansız, qeri-insani rəftara, işgəncələrə məruz qalıb: “Həmin cinayət hadisələrinin hərtərəfli araşdırılması, şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi məqsədilə istintaq orqanı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla Dövlət Komissiyası arasında qarşılıqlı işgüzar əlaqələr yaradılıb. Belə ki, cinayət işi üzrə ümumilikdə 1636 şəxs dindirilb, dövlət komissiyasının 23 oktyabr 2018-ci il tarixinə olan məlumatına əsasən bilavsitə əsir düşmüş, girov götürülmüş və sonradan azad edilmiş 1480 nəfərdən 1113-ü, o cümlədən 1057-si zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib”.