Oktyabrın 31-də Rusiyanın Lipetsk bölgəsində 35 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib. O, kustar üsulla hazırlanmış silahdan açılmış atəş nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Qorod-48” nəşri məlumat yayıb.
Bildirilir ki, kişi keçmiş sevgilisinin evinə qonaq gedib və orada 36 yaşlı qadının hazırkı sevgilisi 52 yaşlı şəxslə qarşılaşıb. Qısqanclıq zəminində baş verən mübahisə nəticəsində 52 yaşlı kişi azərbaycanlını güllələyib.
Faktla bağlı araşdırma aparılır.