Bu akademiya kafedra müdiri və professor axtarır

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bir neçə kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib.

Goldnews.az xəbər verir ki, ali təhsil ocağında aşağıdakı kafedralar üzrə professor-müəllim yerləri boşdur:

Bədən tərbiyəsi və İdmanın nəzəriyyəsi və metodikası kafedrası

adaptiv bədən tərbiyəsi üzrə dosent – 1 yer

İdman menecmenti və kommunikasiya kafedrası

kafedra müdiri – 1 yer

ali riyaziyyat fənni üzrə müəllim – 1 yer

İdman tibbi və reabilitasiya kafedrası

kafedra müdiri – 1 yer

Tibbi-bioloji elmlər kafedrası

normal və idman fiziologiyası fənni üzrə professor – 1 yer

İdmanın oyun növləri kafedrası

basketbol ixtisası üzrə professor – 1 yer

İdmanın təkmübarizlik növləri kafedrası

Yunan-Roma güləşi ixtisası üzrə dosent – 1 yer

sambo ixtisası üzrə dosent – 1 yer

sərbəst güləş ixtisası üzrə dosent – 1 yer

boks ixtisası üzrə baş müəllim – 1 yer

Sosial elmlər kafedrası

kafedra müdiri – 1 yer

Azərbaycan dili və nitq mədəniyyəti fənni üzrə

müəllim – 1 yer

ingilis dili fənni üzrə baş müəllim – 1 yer

ingilis dili fənni üzrə müəllim – 4 yer

Azərbaycan tarixi fənni üzrə müəllim – 1 yer

Sənədlər noyabrın 2-dən 30-dək qəbul olunacaq.