Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb

Təhsilimizi viran qoyanlar və bundan maddi gəlir əldə edənlər...

Bu gün Azərbaycanda ən böyük qayğı təhsilə yönəlsə də göründüyü qədər bundan öz maraqları çərçivəsində iştirak edənlər var. Beləki, ölkə rəhbəri və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın birgə göstərdikləri səylərə kölgə salınmaqdadır ki, bunu da məhz yerli təhsil ocaqlarındakı özbaşınalıqlar səbəb olmaqdadır.

Təhsil Nazirliyinin səlahiyyəti çərçivəsində olan məsələlərə müdaxilə edən yerli icra orqanları nazirliyin fəaliyyətsizliyinə də səbəb olur. Bunu biz yox məhz təhsil sahəsinin mütəxəsisləri də təsdiq edirlər. Rayon Təhsil Şöbələrinin balansında olan məsələlər var ki bu məsələlərə RTŞ rəhbərləri deyil TN-nin özü qərar verir. Bu isə təhsil haqqında qanunların kobud şəkildə pozulmasına yol açır. Qeyd etmək lazımdır ki, 65 yaşın tamam etmiş və heç bir naliyyəti olmayan şəxslərlə müqavilə bağlanması özü elə təhsilin uçuruma yuvarladılması kimi qiymətləndirilməli və bu məsələdə tövsiyə verənlər qanun qarşısında cəzalanmalıdır. O şəxslər ki dəfələrlə məhkəmə orqanlarına o cümlədən cinayətkar şəbəkə formasında rəhbərliyi saymayaraq dövlət maraqlarını şəxsi maraqlarına qurban verərək günü-gündən varlanmağa yönəlmiş addımlarla təhsil ocağı idarə etməkdədirlər. Buna misal olaraq Beyləqan rayon Araz qəsəbə tam orta məktəbində baş verənləri göstərmək olar. Bu məktəbə rəhbərlik edən Tamara Əhmədova bir neçə məhkəmə keçmiş və hətta dövlət orqanları tərəfindən mənimsəmələrə görə cərimədə edilməsinə baxmayaraq Təhsil Nazirliyi həmin direktorun 65 yaşı keçməsinə baxmayaraq yenidən onunla müqavilə bağlayaraq vəzifəsində saxlayıb. Bu kimi hallar Beyləqan məktəblərinin bəzilərində mövcudur ki, bunada RTŞ heçnə etmək iqtidarında deyil. Çünki, TN rəsmi göstərişi ilə səlahiyyətlərə məhdudiyyətlər qoyulmuş və kiminsə həmin şəxslərə hətta söz deməsinə izin verilməmişdir. Sumqayıt məktəblərində də bu hallar az deyil. Beləki, Sumqayıt şəhər 6 saylı 15 və 11 saylı məktəblər sırasına məhz bu gün 2 saylı məktəb də daxil edilir ki, buradada rəsmi direktor vəzifəsini icra edəcək göründüyü qədər kadr çatışmazlığından əziyyət çəkilməsədə, çəkilmiş kimi göstərilməkdədir. Sumqayıt icra hakimiyyətinində himayədarları olan adı çəkilən məktəblərin direktor əvəzləyicilərinə söz deyilməsi müşkül məsələyə çevrilib. Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin direktor əvəzi Adıgözəlov Xalid Möhübbət oğlu təyin edilib. Amma məsələ təyinatda olan şəxsin şəxsiyyəti ilə bağlı deyil. Mövzu təhsili buna yol vermədiyi halda idman müəlliminin direktoru əvəz etməsi hansı qanunla tənzimlənib. X.Adıgözəlovun vəzifə tutması göründüyü qədər İcra hakimiyyətində olan himayədarının güc tətbiq etməsi olub. Bu gün sumqayıtlılarında bildirdiyi kimi Xaliq müəllim özü iddia edir ki, məhz onun arxasında duran Teymur müəllimdir. Hətta iddialara görə, Xalid müəllimin yeni dərs ilinin başlanmasından bir müddət sonra təhsildən qanunsuz topladığı pulların bir qismini Teymur Səmədova aparıb verdiyini özünə yaxın kollektiv üzvlərinin yanında da qeyd edib. Bu il artıq rahat işləyə biləcəyini deməsi təhsil ocaqında olduğu kimi cəmiyyətdə də çaşqınlıq yaratmaqdardır. X.Adıgözəlovun iddialarının doğruluğunu isə məhz məktəb müəllimlərindən topladığı pullar o cümlədən dərs cədvəlinin hazırlanması üçün kənar məktəblərdən gətirdiyi digər məktəblərin 4 müavin tərəfindən tərtib edilməsinə səy göstərilməsi olmuşdur ki, buda heç bir effekt verməmişdir. Bütün cəhdlərin boşa çıxması nəticəsində nəhayyət ki, illin sonuna yaxın məktəb daxilindəki savadlı kadrların sayəsində dərs cədvələri qaydaya salınmışdır. Əldə etdiyimiz məlumata görə, Xaliq müəllimin əsil peşəsi bədən tərbiyəsi üzrə müəllimdir. Təhsil sistemində analoqu olmayan təyinat isə bu günə qədər idman müəlliminin direktor olmasının reallığı əks etdirməsidir ki buda məhz Sumqayıt təhsilində göründü. Sumqayıt analoqu olmayan təhsil sisteminə malik olması ilə ilklər sırasına baxın bu cür imza atmaqdadır. 15 saylı məktəbin direktor əvəz edicisi təhsil ocağından qovulur və buna baxmayaraq görünməyən qüvvələr həmin xanım müəlliməni yeni tədris ilində posta təyin etdirməyi bacarır. Nazirliyin keçirdiyi imtahanlar göründüyü qədər o qədərdə əhəmiyyət kəsb etmirmiş yəni elmisalı desək “daydayın” və “şirinliyiyə imkanın” var qurtardı getdi. Hər zaman hər yerdə hörmət sahibi olmaq və post tutmaq üçün iki nüans kifayyət edir. Axı bura Azərbaycandır və Azərbaycan təhsilini Təhsil Nazirindən başqa hətta bələdiyyə belə idarə edə bilir. Müəllimlər rüşvət vermələrinə baxmayaraq dərs saatlarının onların istəyinə uyğun olmaması əsaslı narazılıqların yaranmasına səbəb olmuşdur. Durmadan daxil olan məlumatlar ümumillikdə sumqayıt təhsilinin bərbad halda olması barədə SOS siqnalı verir amma bunu eşitmək, görmək istəyən tapılmır. Həmin məktəbin Əmək müəllimi Eldar Xəlilov isə idman müəllimi Xalid Adıgözəlovun müavinidir. Təhsilimiz kimlərə və hansı yollarla həvalə edilməsi isə qarşı tərəflərin açıqlamasından sonra tam aydın olacaqdır əgər açıqlama verərlərsə. Dəfələrlə məktəbin nömrəsinə zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı. Bu gün bunu yazmaqla səhv ya düz etməyimizin isə icra və nazirlik orqanlarından çıxan səslərin tonundan anlaşılacaqdır. Bununda sonrasında jurnalistlərə qarşı böyük fəsadlar kaçınılmazdır. Sumqayıt 2 saylı məktəbdə rüşvətin tüğyan etməsi məhz yuxarı təbəqələrin buna göz yuması nəticəsində baş verməkdədir. İstədikləri vaxt medianın müşayəti ilə adı çəkilən məktəbləri yoxlayıb orada baş verən neqativləri aşkarlamaqda köməklik göstərə biləcəyimizidə vurğulayırıq.

TƏHSİLDƏ OLAN BƏLAYA GÖZ YUMANLARIN ÜNVANINDA BİR GÜN TÜĞYAN EDƏCƏK!!!
Bakunews.az