Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, yekun ittiham aktı Ankara prokurorluğuna göndərilib.
Bildirilir ki, akt təsdiqlənsə, iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, səfir A. Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaş güllələyib. M. Altıntaş hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.


