
Səhifəsini izlədikdə idarə rəisinin bu sahədə də, aktiv olduğu görsənir. Hətta səhifəsində İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu "Real Madrid"in oynadığı stadionun qarşısında şəkili belə var.

Düzdür futbol həvəskarı olmaq türklər demiş suç deyil. Hətta az əmək haqqı alan rəisdə aylarla əmək haqqını toplayıb el dili ilə desək qurdunu öldürmək üçün İspaniyaya da gedə bilər. Lakin... Bax məsələnin ən qəribəsi də budur. Peyğəmbər (s.ə.s) nəslindən olan Mirqoca müəllim facebook.com saytında özünə səhifə yaradıb, həm də, Mişa Mirişov adı ilə. Görəsən Ağanı Mişa olmağa nə və ya hansı nüans vadar edib? Yadıma “Bu şəhərdə”nin səhnələşdirdiyi bir süjet düşdü. Oğlu rus xanımla ailə quran Seyyid gəlinin onun oğlunu səsləməsinə əsəbləşir. “Gül kimi Mirsaleh balamı Saşa eləmisən, heç olmasa Mirsaşa de”. Göründüyü kimi hətta dodaq qaçıran nüans olsa da, bu səhnəcikdə də, Seyyidin məqamı uca tutulur. Əgər səhnəcikdə Mirsalehi öz rus xanımı qısaldaraq Saşa etmişdisə, bəs hörmətli Mirqoca müəllimin Mişa olmasına kim səbəb olub? Məsələn Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini gürcülər Mişa çağırırlar. Saakaşvili xristiandır. Adı Mixaildir. Mirqoca müəllim isə azərbaycanlıdır. Müsəlmandır. Həm də Seyyiddir. Və biz onu da cənab Mirişova irad tutmuruq ki, heç olmasa adının qarşısına Mir əlavə edərdin. Xatırladaq ki, o adda səhnəcikdə olduğu kimi bu da təbəssüm yaradacadı. Yəni Mirmişa.
Onu da qeyd edək ki, ümumiyyətlə son aylar ölkədə məmurlarla bağlı ən ilginic məqamlar məhz Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində olan idarələrdə baş verir. Məsələn Ağdamda oğul atasını əmlak mübahisəsi zəminində məhkəməyə verir, bəziləri... Bizi izləməyi unutmayın.
Mövzuya qayıdacağıq.
Redaksiya, məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az


