Səhhətində yaranan problemlə əlaqədar “Maşın” şoudan uzaqlaşan xalq artisti Arif Quliyev hazırda özünü yaxşı hiss edir.
"Qaynarinfo" xəbər verir ki, aktyor “APA TV”-nin “Show time” verilişində qonaq olub. O bildirib ki, səhhəti yaxşılığa doğru irəliləyir:
“Yarışma zamanı bir balaca təzyiqim oldu, əlimi çəkib, stula əyləşdim. Sonra həkim çağırdılar. Yəni deməyim odur ki, mən yüksək təzyiqim oludğu üçün “Maşın” şoudan uzaqlaşmışam. Başqa bir səbəb yox idi”.
A.Quliyev bir neçə gün öncə “Pişik” Günelin (Ələkbərova) söylədiyi “Arif müəllim Vüsalə Kərimovaya görə yarışdan getdi” - sözlərinə münasibət bildirib:
“Yox, qətiyyən belə bir şey olmayıb. Vüsaləyə hörmətim var. Mənə elə gəlir ki, maşını o qazanacaq. Favoritim odur”.