Deputatın 29 yaşlı oğlu xizək sürərkən yıxılaraq öldü-İsveçrədə

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

AzBaku.org Qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb. O, faktı təsdiqləyib.

Deputat bildirib ki, hadisə bir neçə saat öncə baş verib.