Əhmədzadənin kürəkəni tarixi binada yeni obyekt aldı: Yüzlərlə ailənin həyatı təhlükədə

İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər.

Görünür, İlham Rəcəbov müvafiq qurumları özünəməxsus yollarla razı saldığından ona “gözün üstə qaşın var” deyən tapılmır.

İlham Rəcəbovun qanunsuz əməlləri ilə bağlı etirazlarını davam etdirəcəyini deyən sakinlər AzToday.az-a bildiriblər ki, həyatları üçün yaranan təhlükənin qarşısı alınmayacağı təqdirdə aksiyalara başlayacaqlar. Çünki başqa əlacları qalmayıb.
Əhmədzadənin kürəkəni tarixi binada yeni obyekt aldı: Yüzlərlə ailənin həyatı təhlükədə

Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir.

Polis polkovnikinin sakinlərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən münasibət öyrənmək mümkün olmadı…

Qarşı tərəfi dinləməyə hazırıq.