Torpaqlar 2 həftə ərzində qaytarılır- ABŞ-dan SENSASİON AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Petrik Şenaxen Suriyada İŞİD terror təşkilatının nəzarətində olan torpaqların 99,5 faiz alındığını, gələcək 2 həftə ərzində isə terror təşkilatının işğalında olan bütün torpaqların geri qaytarılacağını deyib.

Publika.az xəbər verir ki, Şenaxen bu barədə Müdafiə Nazirliyinə təyin edildikdən sonra keçirdiyi mətbuat konfransında danışıb.



Keçmiş müdafiə naziri Cim Mettisin plan və strategiyalarının tətbiqinin davam etdiyini vurğulayan vəkil ABŞ qüvvələrinin Suriyadan çəkilmə prosesinin ilkin mərhələdə olduğunu açıqlayıb.

Geri çəkilmə prosesinin məqsədli, koordinasiyalı və intizamlı olduğunu deyən Şenaxen çıxışını bu sözlərlə davam edib: “İŞİD artıq hər hansı bir məkanı idarə etmir. Onun artıq qüvvə toplamaq azadlığı yoxdur. Suriya İŞİD üçün təhlükəsiz bölgə deyil. Onların lider kadrının çoxunu aradan götürdük. Başladıqları gündən bəri ələ keçirdikləri torpaqların 99,5 faizini suriyalılara qaytardıq. Maliyyə qaynaqlarını məhv etdik. İki həftə ərzində əllərində olan bölgələri tamamilə alacağıq. Terrorizm və kütləvi miqrasiya problemlərinin kökünü kəsdik”.