[quote][/quote]Moskvanın mərkəzində yaşayış binasında yanğın baş verib.
“RİA Novosti” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Xilasedicilərin verdiyi məlumata görə, dörd nəfər həyatını itirib. Binanın 42 sakinini, o cümlədən, səkkiz uşağı təxliyyə etmək mümkün olub.
Məlumata əsasən, yanğın fevralın 4-nə keçən gecə, təqribən saat 00:55-də (Bakı vaxtı ilə 01:55 - red.) başlayıb. Yanğın inqilabdan əvvəlki dövrə, yəni 1913-cü ilə aid olan, Nikitin bulvarı, ev 12 ünvanında yerləşən binanın dördüncü və beşinci mərtəbələrində baş verib. Alov iki min kvadrat metr ərazini əhatə edib.
Hadisə yerində partlayış baş verib ki, bunun da səbəbi sistemdəki və ya aerozol balonlarındakı qaz qalıqları olub. Saat 05:09 (Bakı vaxtı ilə 06:09 - red.) yanğının qarşısı alınıb.
360 televiziya kanalının verdiyi məlumata əsasən, bu binada Sovet və Rusiya musiqiçisi, dirijor Yuri Başmetin qızı Kseniya, Sovet, Britaniya və Litva teatr və kino aktrisası İngeborqa Dapkunayte yaşayır. Həmçinin, digər məşhur şəxslər də bu binada mənzil sahibidirlər.