Təhsil Nazirliyi əvəzinə RTŞ məhkəməyə verildi - Beyləqanda görülməmiş rəzalət

Beyləqan rayon təhsil idarəsinin müdiri Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına alınmış saxta diplom qalmaqalı böyüyür. Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, AMİ rektoru Aqiyə Naxçıvanlının və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Tofiq Sadıqovla birgə hərəkət edərək prezident İlham Əliyevi aldadıblar.


Saxta diplom sahibi olan Abbasov Elvin Sevindik oğlu Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzalamış “2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” ” müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamla qalib elan olunub. Təbii ki, bu zaman adı hallanan hər 3 məmurun prezidenti aldatması gün kimi aydın olur. Bu məlumat mətbuatda ictimailəşdikdən sonra Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində ərizə yazaraq işdən çıxdığı bildirilirdi. Keçmiş RTŞ müdirinin vəzifəyə gətirdiyi adamlarından biri isə yeni RTŞ müdiri Xuraman Rüstəmova tərəfindən ifşa edilərək barəsində cinayətləri araşdırılırdı.

2017-cı ildə Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirməsi prosesinə başlayanda müəllimlərin sənədlərinin həqiqiliyini yoxlayarkən Könül Allahverdiyevanın qanunsuz şəkildə müəllimlərin işə götürülməsi, müddətli müqavilə əvəzinə rüşvət alaraq müddətsiz müqavilə bağlaması barədə geniş araşdırma aparılıb. O cümlədən aidiatı olmayan şəxslər kütləvi şəkildə H1 və H2 həvəsləndirmə pullarının qanunsuz şəkildə verilməsi faktının üstü açılıb. Qanunsuz əməl sahibi olan K.Allahverdiyeva xəstəlik bəhanəsi ilə bülleten qaçmağa üstünlük verdi. Bunu etməsinin isə səbəbləri vardı. Hər kim olur olsun hansı əməl sahibi olsada belə bülletendə olan şəxslə bağlı nazirlik heç zaman qərar qəbul etmir. Şəxs vəzifəsinin icrasına qayıtdıqdan sonra mütləq şəkildə araşdırma nəticəsi şəxsin özünə deyilir və cəzasınında nə olması açıqlanır. K.Allahverdiyeva bülletendə olduğu müddətdə Təhsli Nazirliyinə ərizə yazaraq könüllü şəkildə işdən çıxaraq məsuliyyətdən yaxa qurtarır. Məsuliyyətdən yaxa qurtarmanın yolları isə T.Sadıqov tərəfindən məhz lazımı qaydada ona öyrədilmişdi. Dövlət büdcəsində edilən talançılıq, soyğunçuluq siyasətinə rəhbərlik edən şəxslərin siyahısında məhz K.Allahverdiyevanın adı əsas şəxs kimi göstərilirdi. Həmin müddətdə paytaxtda mülk sahibi olmağı belə bacaran K.Allahverdiyeva nədənsə cəzasız qaldı. T.Sadıqovla bağlı aparılan araşdırmalardan kənar saxlanılan xanım göründüyü qədər yenidən vəsaitə ehtiyac duyduğu üçün vəzifəyə qayıtmaq istəyir. Həmçinin qeyd edək ki T.Sadıqovun vəfat etməsi qaldırılan cinayət işinin bağlanmasına rəvac verdiyindən K.Allahverdiyeva arxayın düşdü.

İşdən çıxmasından 1 il 8 ay keçməsinə baxmayaraq 2019-un yanvar ayında Beyləqan rayon Məhkəməsinə müraciət edib. Ən maraqlı tərəfi isə Könül Allahverdiyevin RTŞ müdiri X.Rüstəmovanın bunu qanunsuz işdən çıxarmasını iddia etməsi olub. K.Allahverdiyeva işdən çıxma haqqında əmrimdə əmək məcəlləsindən əsas gətirməyib deyə iddia qaldırıb. Danışanda 14 il dövlət qulluqçusu olduğunu "fəxrlə" qeyd edən K.Allahverdiyeva bilmirki onu RTŞ yox Təhsil nazirliyi işə götürən olduğu üçün işdən çıxara bilər, və əmrdə dövlətqulluqçusunu əmək məcəlləsi yox dövlət qulluğu haqqında qanunla xitam verilirki bunuda təhsil nazirliyi tərəfindən çox dəqiqliklə könülün əmək kitabçasında qeyd edilib. Əslində könül indi müraciət etməkdə iki əsas səbəb var birinci səbəb törətdiyi əməllərinin üstü örtülüb, ikinci səbəb RTŞ də son dəyişiklikdən sonra özü üçün münbit bir mühit görüb. Əgər belə olmasaydı 1 il 8 aydan sonra nəzərə alsaq ki işəbərpa üçün müraciətin müddəti bir aydır Təhsil Nazirliyinin əvəzinə RTŞ ni məhkəməyə verməzdi. Məhkəmənin icraata götürdüyü bu cür nöqsanlı bir işin nə ilə nəticələnəcəyini diqqətdə saxlayacağıq. Beyləqan Rayon Məhkəməsində icrata götürülən bu işin belə qanuna zidd olması hakimin hansı mövqe sərgiləməsindən sonra ətraflı məqamlara toxunulacaqdır.
Təhsil Nazirliyi əvəzinə RTŞ məhkəməyə verildi - Beyləqanda görülməmiş rəzalət
Təhsil Nazirliyi əvəzinə RTŞ məhkəməyə verildi - Beyləqanda görülməmiş rəzalət