Parataekvondo üzrə dünya çempionatının son günü komandamız növbəti uğurunu qaqzanıb.
Oxu.Az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (K43 -75 kq) bürünc medala sahib olub.
Komandanın kapitanı Nicat Müslümov (K42 -75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.
Xatırladaq ki, ilk yarış günü Röyalə Fətəliyeva da bürünc medal qazanıb. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə bir gümüş və iki bürünc medalla dönür.