Bakı metrosunda həyəcanlı anlar – İnsan öldü

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.


BAKU.WS xəbər verir ki, səhər saat 08:50-da “Nəriman Nərimanov” stansiyasında platformada yaşlı kişinin halı pisləşib və o qəfil yıxılıb.

Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Həkimlər hadisə yerinə gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Ölən şəxsin 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Hidayət Şaban oğlu Ömərov olduğu məlum olub.

Onun öz əcəli ilə öldüyü bildirilib.