DogruXeber.az xəbər vrir ki,dünyada baş verən müharibələr nəticəsində günahsız körpələrin, uşaqların öldüyünü yaxşı bilirik. Insanı kədərləndirən və təəssüf hissi keçirməyə məcbur edən ürəkağrıdıcı amillərdən biri də məhz budur. Bəlkə də həmin o uşaqlar dünyanın taleyini kökündən dəyişəcək, bütün müharibələrə xitam verəcək tarixi şəxsiyyətlər olacaqdı. Bəziləri dünyadaykən həyatını itirir,bəziləri amansız silahların zərbəsindən elə ana bətnində də məhv olub gedir. Amma müharibə olmadan da ana bətnində dünyaya göz açmamış həyatla vidalaşırlar. Məsələn ən qorxunc qətl növlərindən biri olan Abort vasitəsilə. Bəli,düz oxudunuz, abort vasitəsilə.
Bir çox ölkələrdə bu qətl üsuluna qadağa qoyulduğu kimi ökəmizdə də qanunvericiliklə abortun həyata keçirilməsinə qadağa qoyuldu. Minlərlə uşaqların həyatlarının xilas olduğunu düşündüyümüz halda qəfildən paytaxtın Nizami rayon Babək prospekti 11a 2376-cı məhəlləsində yerləşən “Azərsu-tikinti” xəstəxanasında abort əməliyyatlarının rahatlıqla aparıldığını eşitdik. DogruXeber.az-ın redaksiyasına video material göndərən vətəndaş xəstəxanada baş verən ilginc anları bizə təqdim edib. Kadrlarda da göründüyü kimi xəstəxana açıq bazara çevrilib.
Gələn xəstələr sanki müştəri, həkimlərsə satıcı rolunu oynayır. Özlərinin tərtib etdiyi tarif paketləri gün ərzində şəxsi vəsaitlərinə böyük məbləğdə məvacib qazandırır. Xəstəyə hansı üsulla abort etdirmək istədiyini soruşurlar. Hətta tərtib etdikləri menyunu da xəstənin nəzərinə çatdırırlar. “Yerli, venadaxli yoxsa narkozla?” Xəstə isə “Siz hansını məsləhət görürsüz?” sualını verdikdə həkimlərdən biri Esmira xanım ağrısız olması üçün narkozlu əməliyyatı tövsiyyə edir.
Əsas məsələlərdən biri olan qiymətə gəldikdə ana bətnindəki 4 aylıq körpəni 200 manat qarşılığında abort edəcəklərini vurğulayır. Həkimlər əməliyyatın bu gün üçün keçirmək istədiklərini soruşduqda xəstə sabah üçün gələcəklərini deyir. Lakin öz ayağıyla ünvanlarına gələn müştərini buraxmamaq üçün əməliyyatı aparacaq həkimin sabah Yesuntukiyə gedəcəyini deyib hər vəchlə əməliyyatı bu günə planlamaq istəyirlər. 200 manat qiyməti qürurla, sanki fəxr ediləcək bir iş görürmüş kimi deyən Esmira xanım tutduğu əməlin əslində cinayət işi olduğunun fərqində deyil.
Yox əgər fərqindədirsə deməli güvənəcəyi adamlar var. Bəli, 4 aylıq bir körpəni, hansı ki, erkən doğuşları nəzərə alsaq 1-2 aya uşaq dünyaya göz açacaq. Ana bətnində yetişmiş bir uşağı rahatlıqla doğruyub məhv edəcəklərini rahatlıqla bildirirlər. Elə bil uşaq deyil, hər hansı bir heyvan kəsimini həyata keçirirlər.
“Azərsu-tikinti” xəstəxanasında olan müayinə qiymətləri də mətbuatda tez-tez dərc olunur. Belə ki, USM müayinəsi 20-25 manat, rentgen 15-25 manat civarında dəyişir. Halbuki bu müayinələrin hər biri dövlət tərəfindən pulsuz həyata keçirilir. Hətta daxil olumuş məlumatda qeyd olunur ki, dövlət tərəfindən vətəndaşlara pulsuz ayrılan 160 adda dərman pereparatı “Azərsu-tikinti” xəstəxanasına müraciət edən xəstələrə heç də təmənnasız verilmir. İddia olunur ki, baş həkim Elman Mirzəyev dərman pereparatlarını özəl apteklərə verməklə əldə olunan gəliri şəxsi vəsaitinə daxil edir.
Ən acınacaqlı situasiyalardan biri də odur ki, xəstəxananın əməliyyat otaqlarında antisanitar vəziyyət hökm sürür. Hətta əməliyyatda istifadə olunan alətlərin Sovet dövründən qaldığı belə qeyd edilir. Bu açıq bazara birbaşa rəhlərlik edən şəxsin məhz Elman Mirzəyev olduğu danılmazdır. Baş həkim sanki bu xəstəxananı şəxsi biznesinə çevirib istədiyini həkimlər vasitəsilə edir. Aldığımız informasiyaya əsasən Elman Mirzəyev gündəlik həkimlər üzərinə öhdəliklər qoyur. Bu öhdəliklərin ucbatından bu cür çirkin əməllər xəstəxanada tüğyan edir. Nəticədə xəstələr güc-bəlayla qazandıqları pulları son qəpiyinəcən burada həkimlərə verməli olurlar.
Ölkədə səhiyyənin acınacaqlı durumunu nəzərə alsaq rüşvətxorluq hallarının da baş alıb getməsi bu sahəyə inamı günü-gündən azaldır. İnsanlar xəstələndikdə artıq xəstəliyinin deyil, həkimlərə xərcləyəcəyi pulları özlərinə dərd edirlər. Nəzərə alsaq ki, ölkə başçısı cənab İlham Əliyevin ölkənin inkişafı üçün uğurlu siyasəti sürətlə davam edir, səhiyyədəki bu anoloji hadisələr həmin siyasətə bir növ kölgə salmış olur. Görəsən səhiyyə naziri cənab Oqtay Şirəliyev naziri olduğu səhiyyədə baş verən bazar əməliyyatlarında xəbərdardırmı? Əgər xəbərdardırsa, ozaman niyə bunlara göz yumur? Elman Mirzəyev kimi baş həkimi olan xəstəxanalar demək olar ki, yetərincə ölkə ərazisində var.
DogruXeber.az-ın əməkdaşları daxil olan məlumatlara əsasən xəstəxanada kiçik araşdırmalar aparıblar. İlk öncə baş həkimin müavinin otağına daxil olan əməkdaşlarımız otaqdakı tibb bacısından xəstəxananın baş həkiminin yerini soruşduqda tibb bacısı bildirib ki, baş həkim xəstəxanada yoxdur. Demək olar ki, xəstəxanada az-az olur və onun bütün işlərini müavin icra edir. Çarəsiz durumda qalan əməkdaşlarımız müavinlə görüşməyi qərara alıb,xəstəxanada baş verənlərə aydınlıq gətirməsini istəyiblər.
Müavin xəstəxanada baş verənlərə laqeyd yanaşmaqla yanaşı cavab olaraq bildirib ki, “mən heç nə deyə bilmərəm, bu məsələyə baş həkimlə aydınlıq gətirin.
Səhiyyə ocağında məsul şəxsin bu cür davranışı və laqeydlik göstərməsi sözü gedən xəstəxanada baş verən qanunsuzluqda onun da şəxsi maraqları olduğunu bəlli edir. Ümid edirik ki, səhiyyə nazirliyi xəstəxanada araşdırma aparıb mövcud olan qanun pozuntularını qanun çərçivəsində həll edəcək.
Redaksiya olaraq adları qeyd olunan şəxslərin mövqeylərin dərc etməyə hazırıq: