Qazaxıstanın nüfuzlu "Veçerneqo Taldıkorqana" qəzetində bir ağsaqqalın adından Rusiyanın NTV kanalına ünvanlanmış rəsmi müraciət dərc edilib.
Bu barədə rambler.ru məlumat yayıb.
Ağsaqqalı telekanalın aparıcıların sinə dekoltesi narahat edib : “Teleaparıcıların sinəsinin bu qədər açıq olması hansı məqsəd daşıyır? Nə üçün onların “süd vəziləri” həmişə açıq qalır? Bu bizi bərk narahat edir və qıcıqlandırır. Mən telekanal rəhbərliyini bu biabırçılığa son qoymağa çağırıram”.
Qəzetin redaktoru Yelena Burlutskaya bildirib ki, onların mətbu orqanı hər zaman xalqın səsini çatdırmağa çalışıb. Və indi onlar NTV kanalının rəhbərliyindən cavab gözləyirlər.