Qaradağ rayon 288 saylı tam orta məktəbdə şagirdlərdən pullar necə alınır?-FOTO

Qaradağ rayon 288 saylı tam orta məktəbdə şagirdlərdən pullar necə alınır?

Ölkədə təhsilin inkişafı üçün müvafiq addımların atılmasına baxmayaraq neqativ hallar tükənmək bilmir. Xüsusən bu hallar orta məktəblərdə daha çox tüğyan edir. Məktəbdə baş verən iyrənc hadisələr həmçinin uşaqların da psixoloji durumuna təsir edir. Onların maariflənməsi və müasir təhsilə yiyələnməsində bu kimi faktorlar ciddi əngəllər törədir. Nəticədə ölkədə uğurlu təhsil yönündə qurulan bütün sütunlar çürüyərək məhvə doğru gedir. Ölkənin əsas dayaqlarından biri olan təhsilin geriləməsi ölkənin uğurlu siyasətinə endirilmiş ən böyük sarsıdıcı zərbələrdən biridir. İnkişaf etmiş ölkələr təhsil sahəsinə birinci növbədə diqqət ayırdığı vaxtda bəs bizdə təhsilin əsas təməllərindən biri olan məktəblərdə vəziyyət hansı qənaəti bəxş edir? Ümumiyyətlə ürəkaçandırmı? Ya da nümunə olacaq bir səviyyədədirmi?

DogruXeber.az-ın redaksiyasına demək olar ki, ard-arda məktəblərdə baş verən özbaşınalıqlarla bağlı xəbərlər, müraciətlər daxil olur. Bu müraciətlər bəzən məktəblərdə dərs tədris edən müəllimlərdən, daha çox isə təhsil alan şagirdlərin valideynləri tərəfindən redaksiyamıza daxil olur. Niyə görəsən təhsilimizdə baş verən ilginc olayları mətbuatda dəfələrlə işıqlamdırdığımıza baxmayaraq tükənmək bilmir? Bəlkə təhsil nazirliyinin laqeyidliyi və lazımi tədbir görməməsi ucbatından? Bütün bu davamlı özbaşınalıqlar hər kəsi məyus edir, təkcə onu həyata keçirənlərdən başqa. Oturub təhsilimizə ağlayan lazımdır deyəsən. Kefli İsgəndərin dediyi kimi "Ə ağlıyın da, niyə ağlamırsız?"

Digər inkişaf etmiş ölkələrdə təhsil yüksək səviyyədədirsə, həmin o təhsilə ləkə yaxan rüşvət yoxdursa, bəs o Əjdahadan bizdə niyə yoxdu? Xülasə, bölgələrdə onsuz da acınacaqlı olan təhsilimiz elə paytaxtın özündə heç də mükəmməl tədris olunmur. Həmçinin müəllim və direktor özbaşınalığı da bu biabırçı təhsilin necə deyərlər baş tacıdır. Söhbət bu dəfə paytaxtın Qaradağ rayanunun Lökbatan qəsəbəsindəki 288 saylı orta məktəbindən gedir. Daha doğrusu rüşvətxor və maddi tələbli müəllimlərdən. Belə ki, bir neçə valideynin DoğruXeber.az informasiya agentliyinin redakaiyasına şikayət xarakterli müraciət etmələrinə səbəb qanunsuz olaraq məktəbdə şagirdlərdən tələblə yığılan pullardır.

Ümumilli Lider Heyeər Əliyevin "Müəllim ən şərəfli peşədir" deməsi bütün ölkə xalqına yaxşı məlumdur. Amma bu cür pula həris müəllimlər ümumən şərəfli peşə adını almış müəllim adına ləkə yaxmaqla məşğuldurlar. Məsələnin ən tükürpədən tərəflərindən biri də budur ki, hər müəllimin özünün tərtib etdiyi xüsusi qiymət paketi var. Stajı çox olan müəllimlər daha çox, nisbətən az stajlı müəllimlər isə onlara nisbətən aşağı məbləğ tələb edirlər. Qiymət paketinə daxil olan ən kiçik məbləğ hər şagirdə görə 30 manatdır. Müraciət edən valideynlər bildirirlər ki, Pəri adlı ibtidai sinif müəllimi onların uşaqlarından 70 manat pul gətirmələrini tələb edib.

Digər Pərvanə adlı müəllimə isə minimum 30 manat tələb edib. Hətta ortalama məbləğin 50 manat təşkil etdiyini də valideynlər vurğulayıblar.Bu pulların bir qismi Novruz şənliyi üçün, digər qismi isə 8 mart beynəlxalq qadınlar bayramı münasibıtiylə öncədən yığılır. Bir müəllimin şagirdindən bayram adıyla özü üçün pul tələb etməsi həqiqətən çox iyrənc bir hərəkətdir. Bu ümumən bir müəllimin şagird qarşısında özünü alçaltması və ucuzlaşdırması deməkdir. Təəssüf ki, həmin 288 saylı orta məktəbdə bir çox müəllimlər bunu rahatlıqla şəxsiyyətlərinə sığışdırırlar.

Valideyn tələb olunan məbləğin yarsını verdikdə müəllimlər "biz nəzir yığmırıq, üstünü düzəldib gətirin" deyə onları qane etməyən məbləğləri geri qaytarıblar. Valideyn isə bizə ürəkyanğısı ilə bildir ki, "mən özüm işləmirəm, ailəmi güclə dolandırıb kirayədə qalıram. O məbləği necə ödəyim axı?" aldığımız məlumatlara əsasən tələb olunan pulları gətirməyən şagirdlərə müəllimlər tərəfindən təzyiq olunur. Bu çox dəhşətli nüansdır. Şagirdə psixoloji təsir etmək onun sağlam düşüncələrini zədələyə bilər. Qeyd edək ki, adı çəkilən Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 288 saylı orta məktəb 1993-cü il 9 yanvar tarixindən etibarən fəaliyyətə başlayıb. Həmin məktəbin hal-hazırda 184 müəllim kollektivi və 2400-dən çox şagirdi var.

Təhsil müəssəsinin direktoru Taleh Quluyev görəsən rəhbərlik etdiyi məktəbdə baş verənlərdən xəbərdardırmı? Nəyə görədir ki,288 saylı tam orta məktəb müəllimləri qanunsuz olaraq şagirdləri çarəsiz durumda qoyurlar. Görəsən məktəbdə yığılan pullardan direktor Taleh Quliyevin də payı varmı?

Ölkə prezidentinin müəllimlərə xüsusi qayğı göstərərək etibar etməsi xüsusilə diqqət mərkəzindədir. Lakin bu cür müəllimlər açıq-aşkar ölkə başçısı cənab İlham Əliyevin etimadını doğrultmayaraq bütün uğurlu ölkə siyasətinə kölgə salmış olurlar. Yəqin ki, təhsil nazirliyi bu məqalənin dərc olunmasından sonra ciddi tədbirlər görəcək. Əks halda gələcəyimiz olan uşaqların təhsil baxımından uğurları təhlükə altında qalacaq. Həmçinin valideynlər son qəpiklərinəcən həmin müəllimlərə xərcləyib daha da müflis olacaqlar. Boğaza yığılan valideynlər üsyan etsələr yəqin ki, Mirzə Cəlilin "Azərbaycan" adlı məqaləsindəki son cümləylə bu üsyanı başladacaqlar; "Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!."
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
Qaradağ rayon 288 saylı tam orta məktəbdə şagirdlərdən pullar necə alınır?-FOTO
Qaradağ rayon 288 saylı tam orta məktəbdə şagirdlərdən pullar necə alınır?-FOTO
Qaradağ rayon 288 saylı tam orta məktəbdə şagirdlərdən pullar necə alınır?-FOTO