Ölkən ən iri xəz-dəri satış ünvanı olan “Karolina Valiant” Vergilər nazirliyi tərəfindən təftiş ediləcək. Bu barədə VN-dəki qaynaq məlumat verib.
Qeyd edək ki, bu vaxta qədər ayrı-ayrı KİV-lərdə “Karolina Valiant”da təqdim olunan malların saxta olması ilə bağlı müxtəlif məlumatlar yayılıb, iddialar səslənib. DİA.AZ-a danışan mənbə bildirir ki, qeyd olunan məqam istiqamətində də aidiyyatı qurumlar yoxlama həyata keçirəcək.
Dia.az bildirir ki, “Karolina Valiant” özünü multibrend xəz butiki kimi təqdim edərək “Braschi Furs”, “Rindi Furs”, “Alessandro Bosso”, “Langiotti”, “Mala Mati Furs”, “Gianfranco Ferre Furs”, “Manzari İnternational”, “Lacompel”, “Ciolini Furs”, “Unifurs” kimi Avropa xəz brendlərinin Azərbaycanda rəsmi satış nümayəndəsi olaraq tanınır. Amma iddia olunur ki, bu adlar altında ölkəyəsaxta mallar da gətirilir.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...