Bakunews.az saytı xaker hücumuna məruz qalıb

2 gün əvvəl Bakunews.az saytına qarşı həyata keçirilən xaker hücumu hələ də davam edir. Bu barədə adıçəkilən saytın rəhbərliyi məlumat verib. Əldə etdiyimiz məlumatlara görə sayt rəhbərliyi bu hücumların kimlər tərəfindən edildiyi barədə tutarlı faktlara malikdir. Hələ ki, saytın texniki heyəti hücumların qarşısını almaqda acizdirlər. Sayt rəhbərliyi bəyan edir ki, bu onların rastlaşdığı yeganə hadisə deyil və belə hallar dəfələrlə təkrar olunub. Məcburiyyət qarşısında qalan kollektiv hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.
Həmçinin Bakunews.az saytı ilə birlikdə Conflict.az və Xeberdar.net saytlarıda xaker hücumlarına məruz qalmaqda olduğu məlumatıda daxil olub. Sayt rəhbərlərinin verdiyi məlumata görə, bu hücumlar "SOCAR" şirkətinin barəsində apa-ya istinadən verilən məqalə olub. Daha sonra isə apa informasiya agentliyi verdiyi yazını silərək silərək digər saytlarda yaranan problemin işıqlandırılmasında heç bir məlumat yaymadı.
(Vediinfo.az)