Əsl kürünün 1 kq-nın qiyməti 1000 manatdan baha olsa da, hazırda bəzi restoran və şadlıq evlərində qonaqlara ucuz qiymətə kürü təqdim edilir.
AzBaku.org “Xəzər xəbər”ə istinadən xəbər verir ki, marketlərdə balıq kürüsünün 100 qramının satış qiyməti 4 manatla 190 manat arasında dəyişir. Amma hansının təbii, hansının sənaye üsulu ilə hazırlandığını bilmək çox çətindir.
Əsl kürünün 1 kiloqramının qiyməti 1200-2500 manat arasında dəyişir. Halbuki, bir çox restoranlarda və şadlıq evlərində hələ də süfrəyə balıq kürüsü qoyulur. İnsanlar isə bu qidadan çəkinirlər.
Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, suni kürü balıq yağından hazırlanır və üzərinə aroma və rəngləndiricilər vurulur. Bu isə birbaşa olmasa da, dolayı yolla insan sağlamlığı üçün ziyanlıdır.
Suni kürünü müəyəyn etməyin isə bir neçə üsulu var.
Qeyd edək ki, suni kürünün satışı qadağan edilməsə də, onun üzərinə bu məhsulun sənaye üsulu ilə hazırlandığının yazılması mütləqdir. Amma bəzi işbazlar bunu yazmayaraq istehlakçıları aldatmağa çalışırlar.