Diasporla İş üzrə Dövlət Komitəsinin sədri keçmiş sədri Nazim İbrahimov ötən ilin aprel ayında tutduğu vəzifədən azad edilib. İşdən ayrıldıqdan sonra onun həbs ediləcəyi barədə məlumatlar yayıldı, lakin qısa müddət sonra Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri postuna təyin olundu.
Minval.info xəbər verir ki, Nazim İbrahimov qalmaqallı məmur kimi yadda qalıb. Belə ki, işdən çıxarıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onun fəaliyyəti barədə tənqidi fikirlər söyləyib. Ölkənin dövlət əhəmiyyətli rəsmi nümayənmdəsinin çıxışından sonra N.İbrahimovun məsuliyyətə cəlb olunacağı bildirilirdi.
[/center]
Nazim İbrahimov Meydiyevin dediklərini inkar etməyib və mətbuata açıqlamasında bunları deyib: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.
Sabiq komit sədrini bitirən əsas səbəb isə Avropadakı virtual İŞİD-çilərlə bağlı işlərdə boşluqlar buraxması, diasporda yeyintilər olması göstərilir.
Nazim İbrahimov Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri olduğu dövrdə də qurumda ciddi maliyyə problemləri yaranıb. Həmin dövrdə federasiyada vitse-prezident kimi çalışan Yaşar Məmmədov mətbuata verdiyi açıqlamada federasiyadakı durumun ağır olduğunu, Nazim İbrahimovun bu idman növünün inkişafına pul ayırmadığını və 17 ay məvacib almadıqlarını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri keçmiş sədri Nazim İbrahimov rəhbər olduğu zamanda Kiyevdə təşkil etdiyi Avropa azərbaycanlılarının Konqresihəmin konqresin iclası da qalmaqalsız ötüşməyib. Tədbirə dəvət edilənlər arasında Birləşmiş Ukrayna azərbaycanlılarının konqresinin sədri Rövşən Tağıyev xüsusi diqqət çəkib. Xatırladaq ki, bu yaxınlarda R.Tağıyev Ukrayna ermənilərinin milli konqresinin sədri Aşot Ovannesyan tərəfindən Azərbaycanın əsl vətənpərvəri adlandırılmışdı.
Görünür, A.Ovannesyanın R.Tağıyev haqqında söylədiyi bu fikri ilə Nazim İbrahimov da razı olub. Çünki belə səs-küylü qalmaqda adı hallanan, ofisi olmayan təşkilata sədrlik edən bir şəxsin qurultaya dəvətinin səbəbini başqa cür izah etmək mümkün deyil.\
Nazim İbrahimovun ailə üzvlərinin sərvəti barədə də mətbuatda informasiyalar yer alıb. Belə ki, onun oğlu Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb. Əvvəlcə qeyd edək ki, mediada Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayıldıqdan sonra onun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi söylənib. Buna sübut kimi bir neçə foto da məlumatda yer alıb.
Keçmiş sədrin qızı Kəmalə İbrahimovanın da şəxsi biznesi barədə qeyd edilərkən onun “DeCamie” moda evinin sahibi olduğu bildirilir.
Nazim İbrahimovun Ukraynada böyük biznes şəbəkəsinə sahib olması heç kəsə sirr deyil. O, öz biznesini hələ Ukraynada səfir olarkən yaratmağa başlayıb.Sonrakı illərdə isə şəbəkəni genişləndirərək nəhəng maliyyə imperiyası qurmağa müvəffəq olub. Bu imperiyaya, ticarət mərkəzləri, müxtəlif profilli mağazalar, otellər və restoranlar daxildir. Sabiq sədrin bu ölkədəki evlərinin sayı da barmaqla sayılası qədər deyil. Onun geniş torpaq sahələrinə də sahibləndiyinə dair məlumatlar var. Biznes şəbəkəsi isə təkcə paytax Kiyevi deyil, Ukraynanın ayrı-ayrı bölgələrini də əhatə edir.
Görünür Nazim İbrahimov vəzifədə olduğu müddətdə yalnız sərvət toplamaqla, səlahiyyətlərindən sui-istifadə edib yeyinti etməklə məşğul olub. Dövlət məmurunun bu qədər var-dövlətə sahib olması yuxarıda qeyd edilən məlumatların doğruluğuna sübuta yetirir.