Efirdə HƏYƏCANLI anlar - Zaur kimsəsiz qadının oliqarx qohumunu tapdı (VİDEO)

ATV-nin "Bizimləsən" proqramının yardım etmək məqsədilə efirə çıxardığı Tünzalə adlı kimsəsiz qadının oliqarx qohumu tapılıb.


BAKU.WS xəbər verir ki, Fransanın Leon şəhərindən zəng edən Əli bəy adlı şəxs qadının qohumu olduğunu deyib və ona hər cür köməklik etmək istəyini səsləndirib.

Əli bəy Tünzalə xanımın Novruz adlı qardaşının Naxçıvanın Şərur rayonunda yaşadığını və iş adamı olduğunu bildirib.

Əlinin söylədikləri aparıcı Zaur Baxşəliyevi çox təsirləndirib. Sevincini gizlətməyən aparıcı öz hisslərini belə ifadə edib: "Kimsəsizin, yetimin Allahı! Adam oliqarxdır!"

Tünzalə xanım anadan olduqda onu bibisinə övladlığa veriblər. Öz doğma bacı-qardaşlarından xəbərsiz böyüyən qadını böyüdən valideynləri hələ 10 yaşında olarkən vəfat edib. Tale elə gətirib ki, o, bütün qohum-əqrəbalarından ayrı düşüb və nəticədə acınacaqlı həyat tərzi yaşayır.